Bazar ertəsi - Cümə:, 09:00 - 18:00

LAYİHƏLƏRİNİZ ÜÇÜN KEYFİYYƏTLİ HƏLLƏR

Haqqımızda

Tech Control MMC

Tech Control MMC 2017-ci ildə yaradılmışdır.Şirkətlərimiz təməli illərə söykənən təcrübələrimiz və şəffaflıq üzərində dayanaraq elektrik və elektronika işlərinin təchizatı, bina daxili havalandırma, isitmə, soyutma, çiller və qazanxana sistemlərinin qurulması, inşaat və məişət avadanlıqlarının təminatı işlərini təqdim edir.

Dəyərlərimiz

Məşğul olduğumuz sahə maraqlı olması ilə bərabər olduqca məsuliyyətli bir sahə olduğu üçün işimizə olduqca ciddi, müştərilərimizə səmimi yanaşırıq. Bu sahələrdə keyfiyyətlə bərabər işlərin təməlinin səliqəli və doğru aparılmasını təmin edirik

Istər elektrik-elektronika işlərində, istərsə də havalandırma və qazanxana sistemlərinin qurulmasında əməyin təhlükəsizliyi və texniki təhlükəsizlik qaydalarına əməl edirik.

Layihənin planlaşdırılmasından təhvil verilməsinə mərhələsinə qədər hər zaman müştərilərimizin yanındayıq və onların tələblərinə həllər irəli sürürük.

Görülən bütün tikinti, təchizat və mühəndislik işlərində dürüstlük, şəffaflıq və qarşılıqlı etimad prinsipləri ilə hərəkət edərək tərəfdaşlarımızın güvənini qazanırıq
facts-img

0

Toplam Layihə

facts-img

0

İşçi Heyəti

facts-img

0

İş Saatı

facts-img

0

Əməkdaşlıq

Müştəri rəyləri

Bununla bildiririk ki, "Tech Control" MMC tərəfindən "HILTON GARDEN INN BAKU" layihəsi çərçivəsində bina daxili zəif axınlı elektrik xətlərinin çəkilməsi və elektrik quraşdırma işləri yüksək peşəkarlıqla icra edilmişdir. Şirkət tərəfindən görülən işlər texniki tələblərə və təhlükəsizlik standartlarına tam uyğun şəkildə, müəyyən olunmuş vaxt çərçivəsində və keyfiyyətlə yerinə yetirilmişdir. Layihə müddətində əməkdaşları məsuliyyətli, intizamlı və operativ fəaliyyət göstərmiş, qarşıya çıxan texniki məsələlərin həllində peşəkar yanaşma nümayiş etdirmişlər. "Tech Control" MMC öz sahəsində etibarlı və peşəkar şirkət kimi tərəfimizdən müsbət qiymətləndirilir və gələcək layihələr üçün tövsiyə olunur.
"TECH CONTROL" MMC şirkəti mehmanxananın iclas otaqlarında Crestron sistemlərinin proqramlaşdırılmasını, eləcə də restoranlarında və digər ərazilərində London BSS audio sistemlərinin diaqnostikası və proqramlaşdırılmasını yüksək peşəkarlıqla və texniki tələblərə tam uyğun olaraq həyata keçirmişdir. Görülən işlərə müasir AV (audio-video) sistemlərinin inteqrasiyası, proqram təminatının quraşdırılması və optimallaşdırılması, habelə mövcud səs sistemlərinin diaqnostikası və təkmilləşdirilməsi daxildir. Bütün işlər layihənin tələb olunan keyfiyyət standartlarına uyğun olaraq, vaxtında və səmərəli şəkildə başa çatdırılmışdır. Şirkət tərəfindən göstərilən xidmətlərin keyfiyyətindən məmnunluğumuzu bildirir, onların peşəkar yanaşmasını yüksek qiymətləndirir və gələcək layihələrdə əməkdaşlığı davam etdirməyi məqsədəuyğun hesab edirik.
"TECH CONTROL" MMC olaraq "Nohurgöl Hotel" MMC şirkətinə məxsus "Chenot Palace Gabala" otelinin SPA, Restoran və digər funksional zonalarında quraşdırılmış London BSS audio sistemlərinin diaqnostikası, proqramlaşdırılması və optimallaşdırılması işlərini yüksək peşəkarlıqla həyata keçirmişdir. Görülən bütün işlər texniki tələblərə və layihə standartlarına tam uyğun şəkildə icra olunmuşdur. Layihə çərçivəsində müasir audio-video (AV) sistemlərinin inteqrasiyası, proqram təminatının sazlanması, mövcud səs sistemlərinin texniki yoxlanışı və funksional təkmilləşdirilməsi işləri yerinə yetirilmişdir. Bütün mərhələlər operativ, keyfiyyətli və planlaşdırılmış vaxt çərçivəsində tamamlanmışdır.
Bu məktubla bildiririk ki, "TECH CONTROL" MMC şirkəti tərəfindən layihələrimiz çərçivəsində tərəfimizdən sifariş edilmiş elektrik kabelləşmə, elektrik quraşdırma və montaj işləri müqavilə şərtlərinə və texniki tələblərə uyğun şəkildə icra edilmişdir. İcra olunan işlərə ümumi kompleks üzrə elektrik kabelləşmə və işıqlandırma sistemlərinin quraşdırılması daxildir. Layihə üzrə iş həcmi ofis və təhlükəsizlik binaları, işçi və mühəndis yeməkxanaları, işçi yataqxanası, qonaq evi, rezerv binalar, anbar və yardımçı tikililəri əhatə edir. "TECH CONTROL" MMC işləri müəyyən edilmiş müddət ərzində, keyfiyyət standartlarına uyğun və peşəkar səviyyədə tamamlamışdır. Şirkətin icra etdiyi xidmətlərdən razı qaldığımızı bildirir və gələcək layihələr üzrə iş birliyinin davam etdirilməsini məqsədəuyğun hesab edirik

Əməkdaşlıq etdiyimiz markalar